Portuqaliyanın Madeyra yarımadasında ağac insanların üzərinə aşıb.
Unikal.org-un məlumatına görə, hadisədə 12 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisə dini bayram zamanı baş verib. 200 illik palıd ağacı şamların satıldığı hissəyə aşıb. Nəticədə kəllə-beyin travması alan xeyli sayda insan ölüb, yaralıların əksəriyyətinin ağır vəziyyətdə olduğu deyilir.
Ölənlər arasında uşaqlar da var. Yerli fəalların hələ bir neçə il əvvəl həmin ağacın təhlükəli olduğu barədə xəbərdarlıq etdiyi deyilir.