İrəvanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə hücum edilib.
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Aşot Aqaronyan bildirib.
İlkin məlumata əsəsən, Koçaryanın evinə qumbara atılıb. "Hazırda hadisə yerində operativ qrup işləyir", deyə polis nümayəndəsi bildirib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Viktor Soqomonyan bəyan edib ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə edilən hücum zamanı zərərçəkən olmayıb.
Onun sözlərinə görə, Rusiyanın "Sistema" səhmdar-maliyyə korporasiyasının Şura üzvü olan R.Koçaryan hazırda Moskvadadır.
"Mən belə başa düşdüm ki, kimsə eks-prezidentin evinə qumbara ataraq qaçıb. Hadisə nəticəsində zərərçəkən olmayıb", deyə V.Soqomonyan bildirib.