Erməni tərəfinin hərbi qulluqçumuzun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb.
Unikal.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.

Xatırladaq ki, aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribat törətməsi nəticəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə bu günə qədər məlumat əldə etmək mümkün olmayıb.