İsmayıl Ömərovdan 100 milyon manatın hesabını istəyirlər
11:07 24-07-2012
CƏMİYYƏT
İsmayıl Ömərovdan 100 milyon manatın hesabını istəyirlər
İctimai Televiziya rəhbərinin çıxılmaz duruma düşdüyü bildirilir
İctimai TV-nin sədri İsmayıl Ömərovun tutduğu vəzifə ilə vidalaşa bilər. Bu barədə dünən pia.az saytı məlumat yayıb.
Məlumatda deyilir ki, hətta dəfələrlə Prezident Admnistrasiyası rəhbərliyi ilə görüşməyə çalışan İ.Ömərov buna nail ola bilməyib. Bəs Ömərovun qəfildən çətin situasiyada qalmasının səbəbi nədir?
Sayta bu barədə məlumat verən mənbə bildirir ki, İsmayıl Ömərov siyasi kluarlarda dövlət vəsaitini düzgün xərcləməməkdə ittiham edilir. Belə ki, İctimai TV-yə "Eurovision" Mahnı Yarışması ilə bağlı 100 milyon manat pul ayrılıb. Amma müsabiqə sona çatandan sonra belə ehtimallar ortaya çıxıb ki, bu vəsait təyinatı üzrə xərclənməyib və bunun da məsuliyyəti İsmayıl Ömərovun üzərində qalıb. Mənbə bildirir ki, yaxın günlərdə İctimai TV-də yoxlamalara start veriləcək.
Qeyd edək ki, fərqli qaynaqlar da "Eurovision"la bağlı vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair şübhələrin olduğunu təsdiqləyirlər. Bildirirlər ki, son vaxtlar aralarında hakimiyyətyönlü deputatların da olduğu fərqli cəbhələrdən Ömərova qarşı davamlı ittihamlar səsləndirilməsi, ona məxsus olan bir tikinti şirkətinin müştərilərini aldatması barədə iddiaların ortaya atılması təsadüfi deyil və İTV sədrinin qəzəbə gəldiyinin görsənişləridir.
Hesab olunur ki, əgər xüsusilə nüfuzlu musiqi yarışmasına ayrılan pulların aqibəti ilə bağlı deyilənlər aparılacaq yoxlamalarla öz təsdiqini tapsa, bu, İsmayıl Ömərovun karyerasının sonunu şərtləndirə bilər.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54