Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun döyülən işcisi hansı vəzifədə calışıb.
Unikal.org-un apardığı araşdırmaya görə, müşavir, konsulluq şöbəsinin rəisi vəzifəsində calışır. Apardığımız araşdırmaya görə, ümumilikdə səfirimizin müxtəlif məsələlər üzrə 27 köməkçisi var.
Unikal.org sözü gedən siyahını oxuculara təqdim edir.
Bülbüloğlu Polad - Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Diplomatik tərkib:
Osmanov Qüdsi – Səfirin müavini
Atamoğlanov Ağalar - Müşavir-elçi
Mehdiyev Asəf – Müşavir-elçi
Əliyev Aqşin - Diaspora və beynəlxalq - hüquq məsələləri üzrə müşavir
İmaməliyev Vüqar - Humanitar məsələlər üzrə müşavir
Məhərrəmov Emil - Müşavir, konsulluq şöbəsinin rəisi
Mehdizadə Şövqi - İqtisadiyyat məsələləri üzrə müşavir
Babayev Rac - Hərbi attaşe
Məmmədov Hacı - Hərbi attaşenin baş köməkçisi
Axundov Rövşən - Birinci katib
Bayramov Eldar - Birinci katib
Daşdəmirov Rasim - Birinci katib
Musayev Eyvaz - Birinci katib
Nəbiyev Cavid - Birinci katib
Paşayeva Sevda - Birinci katib
Yolçiyeva Təxminə - Birinci katib
Mirzoyev Şaiq - İkinci katib
Abbasəliyev İlkin - İkinci katib
Abasov Kanan - İkinci katib
Mahmudov Toğrul - Üçüncü katib
İsmayılova Lalə - Maliyyə məsələləri üzrə attaşe
Əliyev Sahil - Attaşe
Məmmədov Məmmədiyə - Attaşe
Nağdəliyev Nemət - Attaşe
Mirsultanov Mircavid - Attaşe
Abasova Səmayə - Attaşe
Əhmədov Elvin - Referent
Qeyd edək ki, Rusiyada Azərbaycan səfirliyinin əməkdaşına hücum olub.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, polisə ərizə ilə müraciət edən azərbaycanlı bildirib ki, taksidə gedərkən münaqişə baş verib və nəticədə xəsarətlər alıb.
Artıq Azərbaycanın Rusiyadakı səfirliyi də faktı təsdiqləyib. Belə ki, aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb. Qeyd olunur ki, E. Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.
İnsidentlə əlaqədar səfirlik hadisənin səbəblərini araşdırmağa çalışır. Xəsarət alan E. Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib.