İspaniyadan sonra Avstraliyada faciə yaşanıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə Sidney şəhərindəki "Chatswood Mall ticarət mərkəzində qeydə alınıb. Naməlum şəxsin avtomobili müştərilərin üzərinə sürməsi nəticəsində biri körpə olmaqla 7 nəfər xəsarət alıb. Hadisə ticarət mərkəzinin çıxışında baş verib.
Qeyd edək ki, polis faktı bədbəxt hadisə kimi qiymətləndirib. Avtomobilin sürücüsü tutulub və ifadəsi alınıb.