Türkiyə vətəndaşları olan Neslihan və Orkun Özkaya evlənəndən bu günə kimi dünyanın 3 qitəsinə (30 ölkə və 276 şəhərdə)  bal ayı səyahəti ediblər. 
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Neslihan və Orkun Özkaya cütlükləri həyatlarının bütün planlarını səyahətlərinə görə edirlər. Bir səyahətdən döndükləri zaman ağıllarına gələn ilk sual bu olur. "Daha hara gedirik?"
Cütlüklərin bal ayı səyahət planları dünyanın 30 ölkə və 276 şəhərə getmələrinə səbəb oldu. Qurduqları bloglarında bal ayı səyahəti anlayışıyla tətil təkliflərində edirlər və ciddi bir oxucu kütləsi toplayıblar.