İraqa məxsus "Al-misbar" yardımçı dalğıc gəmisi "Maritime Bulletin" yük gəmisi ilə toqquşub.

Unikal.org-un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə avqustun 19-da İraqın ərazi sularında, Abdullah boğazında baş verib.

Nəticədə dalğıc gəmisi batıb. Dalğıc gəmisində 21 matros olub. Matroslardan 4-ü ölüb, 10 matros xilas edilib. 7 matros isə itkin düşüb.