Müğənni Manaf Ağayev toylarda içkili şəxslərin ona qarşı hücum etdiyini dilə gətirib.
Unikal.org-a açıqlama verən müğənni bildirib ki, bu hadisə ən çox rayon toylarında baş verib:"Bəli, belə hallar başıma gəlib. Səviyyəsi, çəkisi olan toy yiyələri bu cür hadisələrin olmasına imkan vermir. Toyda qalmaqal yaratmaq istəyənləri oradan qovurlar. Bəzən isə bunun əksi baş verir. İçkili biri bizə yaxınlaşır, bir neçə dəfə musiqi sifariş verir. Sifarişi yerinə yetirməyəndə də qalmaqal yaradırlar. Birini yeyirik, ikisini yeyirik, üçüncüsünə dözə bilmirik. Bu cür xoşagəlməz hadisə hər bir müğənninin başına gəlir".
Manaf, indiyədək toyda içkili şəxs tərəfindən zərbəyə tuş gəlmədiyini, amma çoxlu sayda bu tip qalmaqalların şahidi olduğunu vurğulayıb: "Şükürlər olsun ki, Bakıda belə hallara rast gəlməmişəm".
Vurmaq deməyək, üstümə hücum çəkənlər olub. Toy yiyəsi gəlib aralayıb və bildiriblər ki, müğənni ilə nə işin var? Amma konkret o məni vursun, mən ona əl qaldırım belə bir hal olmayıb.