Ankarada yaşlı ər-arvad yorğan davası edib və sonu olduqca ağır nəticələnib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında yorğanı bölüşə bilməyən yaşlı cütlüyün davası daha da qızışıb.
Belə ki, əsəblərinə sahib çıxa bilməyən yaşlı qadın mətbəx bıçağı ilə ərinin qollarını kəsib. Təcili xəstəxanaya aparılan kişinin vəziyyəti ağırdır.