İranın keçmiş xarici işlər naziri Ebrahim Yazdi 86 yaşında Türkiyədə vəfat edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  E.Yazdi cərrahiyyə əməliyyatı edildiyi İzmir şəhərindəki xəstəxanada dünyasını dəyişib.

O, son illərdə xərçəng xəstəliyi ilə mübarizə aparırdı, onun mədəaltı vəzisində bədxassəli şiş aşkarlanmışdı. Sabiq XİN başçısı əvvəlcə müalicə üçün ABŞ-a getməyi planlaşdırıb, amma ABŞ rəsmiləri ona viza verməkdən imtina ediblər.

Yaxın bir neçə gün ərzində onun meyiti Türkiyədən İrana göndəriləcək.