Rusiya Daxili İşlər Nazirliyinin (DİN) fahişəliklə məşğul olmaqda şübhəli bilinən əməkdaşı saxlanılıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü qadın polis bölməsinə gətirilib.

Axtarış zamanı onun üzərindən kontraseptivlər, intim təyinatlı digər vasitələr və DİN-nin əməkdaşı olmasına dair vəsiqə çıxıb.

Araşdırmalar nəticəsində qadının DİN-nin əməkdaşı olduğunu təsdiqlənib.

Faktla bağlı araşdırma davam etdirilir.