Dağıstanın Xasavyurd şəhəri yaxınlığında keçirilmiş antiterror əməliyyatı zamanı 2 polis əməkdaşı həlak olub, 2 əməliyyatçı həlak olub.
Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl bir terrorçunun məhv edildiyi, bir əməliyyatçının həlak olduğu bildirilirdi.
Milli Antiterror Komitəsinin məlumatına əsasən, əməliyyat zamanı baş verən atışma nəticəsində Xasavyurd cinayətkar qruplaşmasına daxil olan 2 terrorçu öldürülüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Mülki əhali arasında zərərçəkən olmayıb.