Myanmada Arakan müsəlmanlarına qarşı vəhşilik davam edir.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Arakan bölgəsində son 3 gündə 2 mindən çox müsəlman öldürülüb. Onların arasında çoxlu sayda körpə uşaqlar və qadınlar da var.
Canını qurtarmaq istəyənlərin çoxlu Banqladeşə sığınmağa çalışırlar. Lakin, Banqladeş sərhəd qoruyucuları onların çoxunu ölkəyə buraxmır.
O ailələrdən biri Naf çayını keçərək Banqladeşə qaçmaq istəyərkən körpə uşaq suda boğulub. Onun çay sahilindəki cəsədinin fotosu isə 2015-ci ildə ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə keçməyə çalışarkən gəminin qəzaya uğramasından sonra dənizdə boğulan 3 yaşlı Aylanı xatırladıb.
Qeyd edək ki, bir çox dövlət Myanmada müsəlmanlara zülm edilməsini şiddətli şəkildə qınamasına və cinayətlərə son qoymağa çağırmasına baxmayaraq vəhşiliklər davam edir.