ABŞ-ın Corciya ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza ştatın Brayan dairəsində qeydə alınıb.

Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb. Təyyarənin Savanna şəhərindən Kobb dairəsinə uçduğu məlum olub. Qəzanın səbəbləri hələ ki, məlum deyil.