Estoniya internet vasitəsi ilə əməliyyatların aparılması üçün "Estcoint adlı virtual pul vahidinə keçəcəyini açıqlayıb.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, Estoniyada artıq 3 ildir "E-rezidentlik mövcuddur. Belə ki, dünyanın müxtəlif ölkələrindən olan insanlara "rəqəmsal vətəndaşlıq verilir.

Başqa bir ölkədə yaşasa da Estoniyadan "rəqəmsal yaşamaq icazəsi ala bilənlər Estoniyaya addım atmadan şirkət qura və ya başqa işlərlə məşğul ola bilirlər. Bu vəziyyət Estoniya dövləti üçün faydalıdır, çünki hər fəaliyyət dövlətə vergi ödəyir.

"Rəqəmsal vətəndaşlıq üçün qurulan bu sistemin təhlükəsizlik baxımından insanları təmin etdiyi ehtimal edilir. Hazırda Estoniyanın 22 min rəqəmsal vətəndaşı var.

Estoniyadakı "E-rezidentlik Rəqəmsal Vətəndaşlıq Platformasının rəhbəri Kaspar Korjus ilk pillədə bu sistemdə ödəmələrə virtual pul vahidi "Estcoint ilə başlanacağını bildirib. Estoniyanın rəqəmsal vətəndaşları həm dövlətə qarşı öhdəliklərini, həm də sistem içində bir-birləri ilə edəcəkləri əməliyyatların qarşılığını "Estcoint ilə ödəyəcəklər. Bir müddət sonra "Estcointin normal ticarətdə də istifadə olunacağını planlaşdırılır.