Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı müəyyənləşdirilib.

Unikal.org-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən "Oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.

Siyahıya 30 kitab daxil edilib:

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

2. "Kitabi-Dədə Qorqud dastanı

3. "Atalar sözü (Azərbaycan xalq ədəbiyyatı)

4. Nizami Gəncəvi. "Sirlər xəzinəsi. Poema

5. "Nizaminin hikmət və nəsihətləri

6. Nəsirəddin Tusi. "Əxlaqi-Nasiri

7. Məhəmməd Tağı Sidqi. "Məktəb hekayələri

8. Hüseyn Cavid. "Azər. Poema

9. Cəlil Məmmədquluzadə. "Hekayələr

10. Məmməd Səid Ordubadi. "Qılınc və qələm. Roman

11. Qurban Səid. "Əli və Nino. Roman

12. Məmmədhüseyn Şəhriyar. "Heydərbabaya salam.Poema

13. "Təmsillər (uşaq ədəbiyyatı)

14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu

15. Faruk Sumer. "Oğuzlar

16. Rəşidəddin Fəzlullah. "Oğuznamə

17. Yusif Balasaqunlu. "Qutatqu bilik

18. Teodor Drayzer. "Dahi. Roman

19. Cek London. "Həyat eşqi. Hekayə

20. Ernest Heminquey. "Qoca və dəniz. Povest

21. Nikolo Makiavelli. "Hökmdar

22. Gi de Mopassan. "Gombul

23. Antuan de Sent-Ekzüperi. "Balaca şahzadə

24. Nikolay Ostrovski. "Polad necə bərkidi. Bioqrafik roman

25. Moris Meterlink. "Arıların həyatı və "Göy Quş əsərləri

26. "Mister Hemferin xatirələri. (İngilis casusunun etirafları)

27. Seyid Əzim Şirvani. "Seçilmiş əsərləri. (Təmsillər)

28. "İslamda müdrik kəlamlar

29. Sədi Şirazi. "Gülüstan

30. Eynəli bəy Sultanov. "Məqalələr