Antalyada 4 avtomobilin toqquşması nəticəsində 1 nəfərin ölümü və 3-nün yaralanması isə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org bildirir ki, xəsarət alanlar arasında Azərbaycan vətəndaşları Leyla və Ziya Səfərovlar da var. 

Ağır yaralanan Leyla Səfərovanın əməliyyat olunduğu və həyatı təhlükəsinin davam etdiyi bildirilir.

Qəza baş verən beynəlxalq magisral bir neçə saatlıq qapadılıb.