ABŞ-da avqustun 19-da itkin düşmüş 22 yaşlı hamilə qadının meyiti tapılıb.

Unikal.org-un Rusiya mətbuatına istinadən məlumatına görə, 8 aylıq hamilə olan Savanna Lafonten-Qreyvindin polietilin sellofana bükülmüş meyiti Red-River çayından tapılıb.

Polisin ilkin ehtimalına görə, Savannanın bətnindən döl çıxarıldıqdan sonra o öldürüb. Sonuncu dəfə Savanna qonşularının evinə girib. Hadisədən bir neçə gün sonra Savannanın qonşularının evindən körpə uşaq səsi gəlib. Bu da polisi şübhələndirib.

Şübhəli şəxs qismində qadın və kişi saxlanılıb. Uşağın vəziyyəti yaxşıdır. Körpənin savannanın qızı olub-olmadığını təsdiqləmək üçün uşaqdan DNT analizi götürülüb.