"Forbes jurnalı Rusiyanın ən zəngin qadınlarının yeni siyahısını açıqlayıb.
Unikal.org azvision.az-a istinadən xəbər verir ki, Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina ən varlıların siyahısında yenidən birinci olub.
Bu il Yelena Baturinanın sərvəti 100 milyon dollar azalsa da, o, liderliyini qoruya bilib.
Rusiyanın ən zəngin ikinci xanımı iş adamı, "Bank Kipra bankının və "Monoko futbol klubunun rəhəbri Dmitri Rıbolovlevin keçmiş xanımı Yelena Rıbolovlevadır. Onun sərvəti 600 milyon dollardır.
Siyahıda üçüncü yeri "S7 aviaşirkətinin Direktorlar Şurasının sədri Natalya Fileva tutub.