İranın paytaxtı Tehranda avtobus dayanacaqlarından birində naməlum şəxs bıçaqla insanlara hücum edib.

Unikal.org-un məlumatına görə, hadisədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İranın Fövqəladə Hallar Agentliyinin rəhbəri Həsən Abbasinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb. Hadisənin səbəbləri hələlik məlum deyil.