ABŞ-ın Texas ştatında 30 mindən çox sakin "Harvi" qasırğası nəticəsində baş verən daşqınlar səbəbindən müvəqqəti məskunlaşma məntəqələrinə yerləşdiriliblər.
Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu hadqa ABŞ-ın fövqəladə hallar üzrə Federal agentliyinin administratoru Lonq Brok bildirib.
Məlumata görə, Texasda son 5 gün ərzində düşən yağıntılar illik normadan çox olub.
Qeyd edək ki, "Harvi" son 12 il ərzində ABŞ-da baş verən ən güclü qasırğadır.