Türkiyənin İzmir şəhərində partlayış baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buca rayonunda həbsxanaya məxsus xidmət avtomobili yoldan keçərkən yaxınlıqdakı zibil qutusuna yerləşdirilən partlayıcı mexanizm işə salınıb.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı və tibbi briqada cəlb olunub.

 
İlk məlumatlara əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb.



İzmir'de Çöp Konteynırına Yerleştirilen Bomba...by haberler