Rusiyanın İrkutsk vilayətində avqustun 30-da 134,5 min hektar ərazidə ümumilikdə 11 meşə yanğını tüğyan etsə də, bu gün heç bir yanğın qeydə alınmayıb.
Unikal.org Rusiya mətbuatına istinadən bildirir ki, yanğınların qarşısnı gecə saatlarından etibarən yağmağa başlayan aramsız qar alıb.
Hazırda bölgədə meşədəki duruma 5 təyyarə nəzarət həyata keçirir.
Bundan başqa, Rusiyada sentyabr ayı üçün meşə yanğını riskləri proqnozu hazırlanıb. Proqnoza əsaəsn 24 bölgədə yanğın təhlükəsi mövcuddur.