Hindistanın Mumbay şəhərində qadın bədəni ilə dünyaya gələn Aarav Appukuttan və kişi bədəni ilə doğulmuş Sukanyeah Krishnan cinsiyətlərini dəyişdirdikdən sonra evlənməyə razılıq veriblər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda cinsiyyət dəyişdirmə klinikasında tanış olan bu cütlük əməliyyatlarını keçirdikdən sonra evlənmək üçün razılığa gəliblər.

46 yaşındakı Appukuttan və 22 yaşındakı Krishnan gələn ay evlənəcəklər.

Qeyd edək ki, onlar Hindistanın ilk qarşılıqlı cinsiyyət dəyişdirərək evlənən cütlükləri olacaq.