Çinin Aerokosmos Elm və Sənaye Korporasiyası sürəti saatda 4 min kilometrə çatan qatar hazırlamağı planlaşdırır.
Unikal.org-un məlumatına görə, "HyperFlight qatarının ərsəyə gətirilməsində 20-yə yaxın Çin və xarici şirkət iştirak edəcək.
Layihənin 3 mərhələdə reallaşdırılması nəzərdə tutulur.
Birinci mərhələdə saatda 1000 kilometr sürətlə hərəkət edən regional qatarlar işə salınacaq. İkinci mərhələdə saatda 2000 kilometr sürətlə hərəkət edən qatarlar ölkənin iri meqapolislərini birləşdirəcək.
Üçüncü mərhələdə isə "HyperFlight qatarlarının Çin hüdudlarından kənara çıxmağı nəzərdə tutulur.