"Forbes jurnalı Rusiyada son yüz ilin 100 ən nüfuzlu şəxsinin adlarını açıqlayıb.
Unikal.org xəbər verirki, bu siyahıya 1917-ci ildən Rusiyanın siyasi-iqtisadi həyatında və digər sahələrdə böyük iz qoyduğu hesab edilən şəxslər daxil edilib.
Siyahıda Vladimir Putin, Yuri Qaqarin, Mixail Qorbaçov, Alla Puqaçova və Leonid Brejnev yer alıb.
Bunlardan başqa, kinorejissorlar Leonid Qayday və Nikita Mixalkov, "VKontakte sosial şəbəkəsinin yaradıcısı Pavel Durov da siyahıya daxil edilib.(azvision.az)