Əvəz Ələkbərova nazirlərdən vəfasızlıq
13:11 25-07-2012
CƏMİYYƏT
Əvəz Ələkbərova nazirlərdən vəfasızlıq
Eks-nazirin yubileyini təbrik edən olmayıb
Srağagün Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərov ad gününü qeyd edib. Bu ad günü Ələkbərov üçün xüsusi əlamətdar olub. Belə ki, sabiq nazir yubiley yaşını qarşılayıb. O, 60 yaşını qeyd edib. Bu barədə redaksiyamıza məlumatlı mənbələrdən bildirilib.
Mənbənin deməsinə görə, Əvəz Ələkbərov 60 yaşını ölkədən kənarda qarşılayıb. Onun yubileyini ailə üzvləri ilə birgə xarici ölkələrin birində qeyd etdiyi də gələn məlumatlar arasındadır. Bəzi iddialara görə, bu, Şərqi Avropa ölkələrindən biridir. Amma eks-nazirin 60 yaşını Türkiyənin kurort şəhərlərindən birində qarşıladığı da deyilir.
Xatırladaq ki, Əvəz Ələkbərov 1952-ci il iyulun 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisadçı ixtisası alandan sonra bir müddət Bakı Baş tikinti idarəsində mühasib-hesabdar işləyib. 1975-ci ildən 1981-ci ilə kimi Azərbaycan SSR Kənd Tikinti Nazirliyinin "Azərkəndquraşdırmatikinti" trestində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləyib. 1981-ci ildən 1991-ci ilədək Azərbaycan SSR Nazirlər müxtəlif vəzifələrdə çalışıb.
1991-ci ilin yanvarından dekabr ayına kimi yeni yaradılan SSRİ Pensiya Fondu Azərbaycan SSR bölməsinin müdiri olub, 1991-ci ilin dekabrından 1992-ci ilin oktyabrınadək Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri işləyib.
1993-cü ildən Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 1999-cu ilin iyulunda maliyyə naziri vəzifəsinə təyin edilib. Bu vəzifədə 2006-cı ilin aprelinə qədər çalışdı. İqtisad elmləri doktoru da olan Ələkbərovun hazırda elmlə məşğul olduğu bildirilir. Ailəlidir, iki öğlu var.
Sabiq nazir vəzifədən getsə də, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olaraq qalır.
Əvəz Ələkbərovun yubiley yaşı ilə bağlı redaksiyamıza gələn məlumatlarda bir məqam da diqqət çəkir. Belə ki, sabiq naziri 60 yaşının tamam olması münasibəti ilə keçmiş nazir həmkarlarından heç birinin təbrik etmədiyi bildirilir. Ona qarşı bu cür vəfasızlığın səbəbi isə qaranlıqdır.
İnsaf naminə bunu da qeyd edək: Əvəz Ələkbərov nazir postunu tutarkən hakimiyyətiçi siyasi ixtilaflardan, qrup davalarından mümkün olduğu qədər kənarda dayanması və adının korrupsiya məsələlərində digər nazirlər, oliqarx-məmurlarla müqayisədə daha az hallanması ilə seçilirdi.
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05