Türkiyədə maraqlı hadisə baş verib.
Unikal.org-un Haberler-ə istinadən məlumatına görə, türkiyəli Sezgin Baran adlı iş adamı Qurban bayramı qabağı insanları sevindirib. Belə ki, o İstanbulun Piyalepaşa səmtindəki bazarda satışa çıxarılan hər şeyi alaraq əhaliyə pulsuz paylayıb.
Bayram bazarlığına gələn vətəndaşlar gördükləri mənzərə qarşısında çox seviniblər və dərhal yaxınlarına da məlumat veriblər.
Bazardakı məhsullar 2 saat ərzində tükənib.