Moskva ABŞ-ın San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun bu ölkənin qərarı ilə bağlanmasına reaksiya verəcək.
Unikal.org "RİA Novostiyə istinadən yaydığı məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz bu barədə ətraflı notanı dünən almışıq, bununla məşğuluq. Təhlili başa çatdırdıqdan sonra reaksiya verəcəyik, - deyə nazir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında bildirib.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.