İnşallah növbəti bayram müstəqillik bayramı olar. Əgər xalq referenduma "xeyr cavabı verərsə, istefa verəcəm.
Unikal.org xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib. O bildirib ki, referendum qərarı Kürdüstan üçün tarixi bir qərardır:
"Biz referendumu xalqın seçiminə buraxırıq. Mən xalqım qarşısında olan vəzifəmi icra edirəm. Əgər xalqım yox deyersə, mənim qalmağıma ehtiyac olmayacaq.
Qeyd edək ki, Kürdüstanda müstəqillik referendumu 25 sentyabr tarixində keçiriləcək.