Yunanıstan sahillərinə yaxın ərazidə narkotik maddə daşıdığı müəyyən edilən Türkiyə bayrağı altında üzən gəmi saxlanılıb.
Unikal.org xəbər verir ki, gəmi sahil mühafizə dəstələrinin köməyi ilə gəmi Mandrakio limanına çəkilib.
Yunanıstan dəniz jandarm qüvvələrinin apardığı yoxlamalar zamanı gəmidən 700 kiloqram narkotik maddə aşkarlanaraq götürülüb, gəmidə olan 3 nəfər isə həbs edilib.