Kərəm Həsənovun satışa çıxardığı yarım milyon manatlıq ev kimindir?
13:12 25-07-2012
CƏMİYYƏT
Kərəm Həsənovun satışa çıxardığı yarım milyon manatlıq ev kimindir?
Kərəm Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsi 14 avqustda hərraca çıxarılacaq müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlaklar haqqında məlumat yayıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytının verdiyi məlumata görə, bu əmlaklar sırasında Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi də var.
Torpaq sahəsinin tam qiyməti 12 min manat, ilkin hərrac qiyməti 6 min manatdır. Bakı ş, M. Muxtarov küçəsi 185 ünvanında yerləşən, sahəsi 165,2 kv.m olan yaşayış evinin tam qiyməti isə 99 min 120 manat, ilkin hərrac qiyməti 49 min 560 manatdır.
Bakı ş, M.Ə.Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsi 66 ünvanında da yaşayış evi hərraca çıxarılıb. Bu evin tam qiymət 571 min manat, ilkin hərrac qiyməti 285 min 500 manatdır. Bundan başqa, Bakı ş, Nardaran bağlar massivi, 1143 saylı bağ evi də hərraca qoyulub. Bağ evinin sahəsi 463,62 kv.m, tam qiymət 104 min manat, ilkin hərrac qiyməti 52 min manatdır.
Kərəm Həsənovun komitəsinin xüsusən yarım milyona satışa çıxardığı evin sahibinin kim olması maraq doğurur. Bu qədər iri məbləğə bir mülkün sahibi yəqin ki, ya hansısa məmur, ya da arxalı bir iş adamıdır. Ona görə də marağımız təbiidir. Amma təəssüf ki, Əmlak Məsələləri Dövlət Komitəsi satışa çıxardığı daşınan və daşınmaz əmlakların sahiblərinin kimliyini açıqlamır.
Aliyə
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00