Moskva yaxınlığındakı Balaşix bölgəsində An-2 təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı informasiya yayıb.

"Şənbə günü Balaşix bölgəsi yaxınlığında ilk An-2 təyyarəsinin istehsalının ildönümü ilə əlaqədar nümayiş uçuşları təşkil edilib. Çıxışlardan biri zamanı pilot təyyarəyə nəzarəti itirib və təyyarə aşağı hündürlükdə yerə çırpılıb", - məlumatda bildirilib.

Hadisə nəticəsində 2 nəfərin öldüyü qeyd olunub.