Şimali Koreyada baş verən 5,6 bal gücündə zəlzələdən sonra Yaponiyanın Baş naziri Şinzo Abenin dəftərxanası yanında böhran qərargahı yaradılıb. Yaponiya hökuməti həmin zəlzələnin nüvə sınağı nəticəsində baş verdiyini güman edir.
Unikal.org azertag-a istinadən xəbər verir ki, Koreya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 24:30-da Şimali Koreyanın Pxunqeri poliqonunun yerləşdiyi Xamqyon-Pukto əyalətinin Kilçju şəhəri yaxınlığında qeydə alınıb. Zəlzələnin ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Cənubi Koreya Prezidenti administrasiyasının nümayəndələri bəyan ediblər ki, Pxenyan çox güman ki, altıncı nüvə sınağını keçirib. Bununla əlaqədar Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurasının yığıncağı çağırılıb. Cənubi Koreya hərbiçiləri Şimali Koreyadakı nüvə poliqonunun yaxınlığında süni zəlzələ baş verdiyini təsdiqləyərək informasiya toplanmasını davam etdirirlər.