Türkiyənin məşhur jurnalist və yazarı Doğan Yurdakul dünyasın dəyişib.
Unikal.org xəbər verir ki, jurnalist və yazıçı Doğan Yurdakul, bağ evində həyatını itirib.
Doğan Yurdakul, 1946-ci ildə Aydının Bozdoğan mahalında dünyaya gəlib. Ankara Universitetinin hüquq fakültəsində məzun olub. Bundan sonra Paris Sorbonne, Vincennes və Cenevrə universitetlərində təhsil alıb. Yenigün, Ulus, Vətən, Aydınlık, Evrensel, Siyah Beyaz, Günaydın və Kim, Yön və Devrim jurnallarında çalışıb.
Rəhbəri olduğu Odatv-də aparılan yoxlamalara görə həbs olunan Yurdakul bir il sonra həbsxanadan sərbəst buraxılmış və cinayət işinin sonunda bəraət almışdı.