"ABŞ, Rusiyanın bağlanmış diplomatik obyektlərini dərhal geri qaytarmalıdır.
Unikal.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi San-Fransiskoda Rusiya Baş Konsulluğunun və Vaşinqtonda ticarət nümayəndəliyinin binalarının alınmasını Vaşinqtonun düşmənçilik aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib:
"ABŞ bu tələbi yerinə yetirməyəcəyi təqdirdə qlobal təhlükəsizlikdə mühüm əhəmiyyət daşıyan iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək.
Qeyd edək ki, ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb etmişdi.