DÇ-2018-in seçmə mərhələsində öz meydanında San Marino ilə qarşılaşacaq milli komandamızın start heyəti bəlli olub. 

Unikal.org-un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki açıqlama verib.
Xorvatiyalı çalışdırıcı oyundan əvvəl keçirilmiş mətbuat konfransında "ilk 11-liyi açıqlayıb.
Əsas komandamız sabahkı oyuna aşağıdakı futbolçularla başlayacaq.

Səlahət Ağayev - Rəşad Sadıqov, Tərlan Quliyev, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə - Rahid Əmirquliyev, Cavid Hüseynov, Riçard Almeyda - Əfran İsmayılov, Araz Abdullayev, Ramil Şeydayev.