ABŞ Konqresin qərarı ilə Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi işlərinə əlavə 1,5 milyon dollar ayıracaq.
Unikal.org "Amerikanın səsi"nə istinadən xəbər verir ki, ABŞ xarici təxsisatların yekun layihəsini sentyabrın 8-də axşam səsverməyə çıxarmağı planlaşdırır.
"Dağlıq Qarabağ münaqişəsi zamanı basdırılan minalara görə bölgədə yaşayan kişilər, qadınlar və uşaqlar daim yaralnma və həyatını itirmə təhlükəsi altındadır", - bu təşəbbüsün müəllifi olan konqresmen Deyvid Valado bildirib.