İtaliyanın Azərbaycandakı Səfirliyi viza verilməməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.

Səfirlikdən unikal.org-a verilən məlumata görə, İtaliya universitetlərində ən çox azərbaycanlı tələbənin təhsil aldığıAvropa İttifaqı(Aİ) ölkəsidir. 2016-cı ildə İtaliyada təhsil almaq üçün viza əldə edən azərbaycanlı tələbələrin sayı 252 olub. 2017-ci ildə isə tələbələrin sayı keçən ilkinə nisbətən iki dəfə artıb: "Mədəniyyət sahəsində əməkdaşlıq, İtaliya və Azərbaycan arasındakı əlaqələrin əsasını təşkil edən sahələrdən biridir. İki ölkə arasındakı təbii dostluğa əsaslanaraq ,İtaliya azərbaycanlı tələbələrin Avropadakı əsas hədəfinə çevrilib.

Məlumatda qeyd edilir ki, səfirliyi gələcəkdə istər dövlət, istərsə də özəl sahələrdə rəhbər vəzifələrdə çalışacaqgənclərin İtaliyada təhsil almaq seçimindən məmnundur. Səfirlik İtaliya hökumətinin izlədiyi yola əsasən, bu istiqamətdə yoluna davam etmək niyyətindədir vəəsas məqsəd yüksək profilli fakültələrdə təhsil almaq məqsədi ilə hazırlıqlı Azərbaycan gənclərini ən yaxşı İtaliya universitetlərinə göndərməkdir.

"İtaliya universitetlərində təhsil almaq istəyən hər bir tələbəyə bildirmək istəyirik ki, səfirlik vasitəsilə İtaliya universitetlərinə edilən ilkin qəbul qeydiyyatı və İtaliya universitetləri tərəfindən əldə edilən ilkin qəbul məktubu tələbələrəavtomatik olaraq viza əldə etmək hüququ vermir. Səfirlik viza tələblərinə tam şəkildə cavab verən viza sorğularını peşəkarlıqla nəzərdən keçirir. Cavab gözləyən tələbələrlə növbəti günlər və ya həftələrdə əlaqə saxlanılacaq, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bir qrup gənc İtaliyanın Azərbaycandakı səfirliyi iləbağlı sosial şəbəkədə kampaniyayabaşlayıb. Onlar İtaliyanın müxtəlif universitetlərinə qəbul olduqları halda İtaliya səfirliyinin bu ölkəyə viza vermədiyini bildiriblər. Həmin şəxslər bununla bağlı İtaliya Xarici İşlər Nazirliyinə də müraciət ünvanlayıblar.