"Azərbaycan xalqı belə prezidenti niyə əldən verməlidir ki..?"
11:23 26-07-2012
CƏMİYYƏT
"Azərbaycan xalqı belə prezidenti niyə əldən verməlidir ki..?"
Deputat Eldar İbrahimov: "Heç kim, heç bir xarici ölkə və beynəlxalq qurum Azərbaycandakı prezident seçkilərinə mane ola bilməyəcək"
Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov son günlər 2013-cü ilin prezident seçkiləri ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Deputat təmsil etdiyi siyasi partiyanın prezident seçkilərində İlham Əliyevi dəstəklədiyini bildirib. Eldar İbrahimovun sözlərinə görə, hakim partiyanın digər nümayəndələri kimi o da İlham Əliyevin namizdəliyi dəstəkləyir.
"2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı indidən müxttəlif söz-söhbətlər gedir. Amma birmənalı olaraq qeyd etmək istəyirəm ki, bizim prezidentimiz hələ çox cavandır. Onun 51 yaşı var. Hələ bundan sonra prezident işləməli dövrdür. Təbii ki, bundan sonra onun fəaliyyətinin çox böyük müsbət nəticələri olacaq. İlham Əliyevin prezidentlik fəaliyyətinin geridə qalan 9 ili ərzində Bakıdan tutmuş bütün regionlara kimi həyata keçirilən geniş abadlıq, quruculuq işləri göz önündədir. Hazırda elə bir sahə yoxdur ki, orada inkişaf olmasın. Ölkə başçısının da dediyi kimi, o bu gün hər bir azərbaycanlının prezidentidir. Ölkəmizdə gedən iqtisadi inkişaf Avropanın da diqqət mərkəzindədir. Dünya ölkələri iqtisadi böhrandan əziyyət çəkdiyi halda Azərbaycanda sürətli inkişaf edir. Bu da prezidentimizin apardığı uğurlu siyasətlə əlaqədardır. Bəlkə də İlham Əliyevə prezidentlik lazım deyil, amma Azərbaycan xalqına İlham Əliyev hər zaman lazımdır. Xalqımızın da ona böyük ehtiyacı var. Prezidentimiz hələ çox cavan və enerjilidir", - deyə deputat vurğulayıb.
İlham Əliyevin növbəti dəfə Azərbaycanın prezidenti seçilməsini istəyən deputat müxalif düşüncəli insanlara da cavab verib. E.İbrahimovun fikrincə, Azərbaycanda keçiriləcək prezident seçkilərinə nəinki beynəlxalq təşkilatlar, hətta böyük dövlətlər də müdaxilə edə biləyəcəklər:
"Azərbaycan xalqı belə prezidenti əlindən niyə verməlidir ki? Mən də bir millət vəkili kimi, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri kimi çox istərdim ki, hələ uzun illər İlham Əliyev bizim prezidentimiz olsun. İlham Əliyevin gördüyü işləri heç kim görə bilməz. Bu baxımdan prezidentimizin Azərbaycanda alternativi yoxdur.
Bizim Dağlıq Qarabağ münaqişəsini həll edə biləcək yeganə adam ölkə prezidentimizdir. Bizim İlham Əliyevdən başqa prezidentimiz yoxdur. Bunu bütün Azərbaycan xalqı da istəyir. Mən millət vəkili kimi insanların arasında olduğumdan, insanların İlham Əliyevə olan məhəbbətini görürəm. Bəzən belə söhbətlər gəzir ki, guya böyük ölkələr işə qarışa bilər, beynəlxalq təşkilatlar buna mane ola bilər. Amma qeyd edim ki, heç kim, heç bir ölkə Azərbaycanda prezident seçkilərini həll etmir. Prezidenti seçən xalqdır. Xalqın da 99 faizi cənab prezidentimizi dəstəkləyir. Bunun əleyhinə olan insanların niyyətləri ürəklərində qalacaq".
Yeni Azərbaycan Partiyasının 2013-cü il prezident seçkilərində namizədinin İlham Əliyev olacağını bəyan etməsindən sonra əminliklə demək olar ki, Azərbaycanda seçki kampaniyası faktiki olaraq start götürüb. "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun Tarix fakültəsinin dekan müavini, politoloq Aleksey Vlasov belə hesab edir.
"Azərbaycan cəmiyyəti üçün İlham Əliyevin adı sabitlik və iqtisadi artımla assosiasiya olunur. Ona görə də onun üçüncü müddətə seçilməsi şansları, əlbəttə ki, böyükdür", - deyə Vlasov bildirib.
Ekspertin fikrincə, ehtimal etmək olar ki, Azərbaycan Prezidentinin əsas ritorikası sosial modernləşdirmə mövzuları və yoxsulluğun səviyyəsinin daha da azalması ətrafında cəmləşəcək.
"Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, məhz bu problemlər daha tez-tez İlham Əliyevin çıxışlarının mərkəzi bəndləri olacaq. Hər şeydən göründüyü kimi, bu tendensiya 2013-cü ildə də saxlanacaq", - Vlasov deyib.
Onun sözlərinə görə, Rusiya üçün dostluq, qarşılıqlı faydalı münasibətlərin inkişafı, sabit və uğurlu Azərbaycan maraqlıdır.
Anar RÜSTƏMOV
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00