ABŞ-ın ən məşhur və ən qalmaqallı aktrisalarından biri, Hollivud ulduzu Lindsi Lohan İslamı qəbul edərək müsəlman olmağa hazırlaşır.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, 29 yaşlı aktrisa son iki həftədə Quran oxumaqla məşğul olduğunu deyib.

"Birləşmiş Ştatlarda İslamı və Quranı yanlış anlayır, qəbul edirlər. Məni qalmaqallı insan kimi tanıyırlar, amma belə deyil. Mənəviyyata önəm verirəm. Quranı oxuyub başa vurmamışam",  - katolik ailədə böyümüş aktrisa deyib.

Onun sözlərinə görə, buddizmi qəbul etmiş bacısı Eli də İslamla maraqlanmağa başlayıb.