Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 20-də Xaçmaz Rayon Polis Şöbəsində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Unikal.org xəbər verir ki, sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 460 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 47 nəfəri polisin, 25-i Daxili Qoşunların sıralarında xidmətə, 127 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Ramil Usubov gəncləri təbrik edib.