Rusiya iqtisadi situsasiyanın pisləşməsi səbəbindən Donetskdə öz mövqeyində dəyişiklik edəcək.
 
Unikal-org Axar.az xəbər verir ki, bu barədə Luqanskın hərbi administrasiyasının başçısı Georq Tuka məlumat verib.

"Mən hesab edirəm ki, Donetskdə yaranmış vəziyyəti nəzərə alsaq, hərbçilərin çıxarılması mövcud deyil. Biz Rusiyaya işğaldakı torpaqları əldə saxlamağa icazə verməyəcəyik. Risk edirik, hər iki tərəfdən böyük itkilər olacaq. Biz buna hazırıqmı? Diplomatik yolla münaqişənin həlli qeyri-mümkündür. Ordumuzun gücünü artırmaq lazımdır. Artıq sıçrayış etdik, ancaq hələ də artırmaq lazımdır. Həm texniki, həm də silahlı qüvvələrin hazırlığı baxımından. Rusiyaya beynəlxalq təzyiq azalmayacaq. Anlamaq lazımdır ki, sanksiyaların tətbiqindən Kreml əzab çəkir və qərb ölkələrini, onların nəhəng satış bazarlarını itirdilər. Onlara çox ağırdır, dözə biləcəklərmi? Bu çox çətin vəziyyətdir", - Tuka qeyd edib.