Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda iri və orta dayanacaq pavilyonlarının quraşdırılmasına 5 mln. 765,919 min manat yönəltməyi planlaşdırır.
Unikal.org xəbər verir ki, iri dayanacaq pavilyonlarının quraşdırılmasının təşkili ilə "SAR Qrup" MMC məşğul olacaq. Bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 mln. 49,71 min manatdır.
Bundan əlavə, orta dayanacaq pavilyonlarının quraşdırılmasını da "SAR Qrup" həyata keçirəcək. BNA ilə "SAR Qrup" arasında imzalanan müqavilənin dəyəri 2 mln. 518,71 min manat təşkil edir.