Ayaz Mütəllibovdan xəbər var: "O hər şeydən razıdır"
13:32 27-07-2012
CƏMİYYƏT
Ayaz Mütəllibovdan xəbər var: "O hər şeydən razıdır"
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə eks-prezident Ayaz Mütəllibovun son durumu ilə bağlı məlumat verib. Hal-hazırda Ayaz Mütəllibovun bağ evində ailəsi ilə istirahət etdiyini deyən A.Əlizadə sabiq prezidentin vəziyyətinin yaxşı olduğunu bildirib.
"Ayaz Mütəllibov çox yaxşıdır. Səhhətində də heç bir problem yoxdur. Hazırda bağ evində ailəsi ilə birlikdə istirahət edir. Demək olar ki, hər gün biz telefonla əlaqə saxlayırıq. Bilirsiz vətənə yeni gəlib, evində dincəlir. Bu baxımdan biz ancaq telefonla danışırıq, görüşməmişik. Ümumiyyətlə, o da hər şeydən razıdır", - deyə ASDP sədri vurğulayıb.
Keçmiş prezident Ayaz Mütəllibov 20 illik mühacirətdən sonra Moskvadan Bakıya dönüb. Siyasətdən və həmsədri olduğu ASDP-dən getdiyini bəyan edən A.Mütəllibov doğma evində dincələrək vaxtını ailəsinə, yaxınlarına ayıracağını bildirmişdi. Hazırda sabiq prezident Mərdəkandakı bağ evində ailəsi ilə birgə yaşayır.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49