"Maynts"ın yarımmüdafiəçisi Kaysu Sano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, "Liverpul" 25 yaşlı dayaq yarımmüdafiəçisinin transferinə maraq göstərir. Mersisayd təmsilçisi yaponiyalı futbolçu üçün "Maynts"a 60 milyon avro təklif etməyə hazırlaşır.
Sanonun transfer dəyəri DÇ-2026-dakı uğurlu çıxışından sonra əhəmiyyətli dərəcədə artıb. "Maynts"ın da uyğun təklif gələcəyi halda futbolçunu buraxmağa hazır olduğu vurğulanır.
Qeyd edək ki, onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyununa qədər qüvvədədir. Yarımmüdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 48 oyunda meydana çıxaraq 2 qol vurub və 5 məhsuldar ötürmə edib.









.jpg)


.jpg)



.jpg)

















.jpg)




.webp)













