Samuxda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - məlumatda deyilir.
*** 18:05
Samuxda qidadan zəhərlənən şəxslərin adları məlum olub.
Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsindən "Unikal"a bildirilib ki, zəhərlənənlər 28 yaşlı Aysel Əliyeva, 8 yaşlı Dəniz Əliyeva, 7 yaşlı Rza Əliyev, 32 yaşlı Cəmil Əliyev, 9 yaşlı Zümrüd Əliyeva, 15 yaşlı Arif Məmmədov, 6 yaşlı Afət Verdiyeva, 31 yaşlı Bəsti Verdiyeva, 8 yaşlı Gülay Verdiyeva və 3 yaşlı Ümid Verdiyevdir.
İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Həmin evin sakinləri və halvadan dadan qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.
*** 17:50
İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
***17:38
Samux rayonunun Alıuşağı kəndində zəhərlənmə baş verib.
"Unikal" xəbər verir ki, 10-dan artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.






.jpg)
















.jpg)




.webp)

















.webp)






