Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

Unikaal.org-un məlumatına görə, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçib.
N. Kanellos etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.

16:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.