NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak edən liderlər Prezident Kompleksinə gəlməyə başlayıblar.

"Unikal" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada keçirilən Zirvə Görüşü dünən başlayıb. Bu gün liderlər səviyyəsində rəsmi iclaslar başlayacaq.

32 lider müdafiə xərcləri, İran böhranı, Avropa təhlükəsizliyi və alyansın gələcəyi də daxil olmaqla əsas mövzuları müzakirə edəcək.

Qarşılama mərasimindən sonra liderlər ailə fotosu çəkdirəcəklər. Daha sonra NATO Liderlərinin Sessiyası başlayacaq.

Alyansın gələcəyini formalaşdıran qərarların müzakirə olunacağı sammit yekun bəyannamənin imzalanması ilə başa çatacaq.

Ağarza Elçinoğlu